“Whatsapp”da yenilik – Söhbətlərə parol qoyulacaq 

“Whatsapp” messencerində yeni funksiya istifadəyə verilib.
 
Aktualtv.az  xəbər verir ki, bu barədə messencerin sahibi Mark Zukerberq məlumat yayıb.
 
Bildirilir ki, artıq messencerdə söhbətləri kilidləmək mümkün olacaq. Kilid üçün həm parol, həm biometrik (barmaq izi və s.) istifadə olunacaq.
 
Bu, istifadəçilər arasında olan söhbətləri daha məxfi edəcək. Kilidlənmiş mesajlarda bildirişlər görünməyəcək.
 
İstifadəçilər fərdi söhbətləri və ya bütün qrupları kilidləyə biləcək. Kilidlənmiş söhbətə daxil olmaq üçün istifadəçilər parollarını daxil etməli və ya barmaq izləri ilə autentifikasiya etməlidirlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]