Biz Ukraynanı hər şeylə təmin edirik – Makronun AÇIQLAMASI – Özəl

Fransa prezidenti Emmanuel Makron Parisin Ukraynaya verəcəyi hərbi yardımla bağlı açıqlama verib.

Aktualtv.az xəbər verir ki, Fransa lideri Kiyevi “Mirage 2000” təyyarələrlə təmin edəcəklərini, bununla bağlı ukraynalı pilotlara təlim keçəcəklərini bildirib:

“Fransa hələ də Ukraynaya müqavimət göstərməkdə kömək edir. Əks hücumun uğurlu olması davamlı sülhün qurulması üçün həlledici olacaqdır. Həmçinin, biz Ukraynanı hər şeylə təmin edirik, amma Rusiya ilə birbaşa müharibəyə getmirik. Prezident Zelenski ilə vəziyyəti və ölkənin ehtiyaclarını müzakirə etdik. Mən onları burada təfərrüatlı açıqlamaq fikrində deyiləm. Ancaq biz yeni hərbi sursatlar çatdırmaq qərarına gəldik. Həmçinin Ukrayna qoşunlarının döyüş qabiliyyətini gücləndirmək, əks-hücum əməliyyatları və müqavimət qabiliyyətini artırmaq üçün batalyonlara təlim keçəcəyik”.

Onun sözlərinə görə, Fransa hökuməti Ukraynanın müqavimət əzminin qırılmaması üçün əlindən gələni edir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]