Türkiyə prezidentliyinə namizədlər-ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kemal Kılıçdaroğlunun mayın 28-də keçiriləcək prezident seçkisi öncəsi seçki strategiyaları bəlli olub.
Aktualtv.az xəbər verir ki, Ərdoğan ikinci tura hazırlıq zamanı diqqəti televiziya proqramlarına və bölgələrə səfərlərə yönəldəcək, Kemal Kılıçdaroğlu isə terrorizmə qarşı qətiyyətlə mübarizə aparmaq istəyini vurğulamaqla meydana çıxmaq niyyətindədir.
Ərdoğanın 10 günlük seçki kampaniyasında fevralda dağıdıcı zəlzələlərin olduğu bölgələrə səfəri də planlaşdırılır. Kemal Kılıçdaroğlu da zəlzələ bölgələrini ziyarət etməyi planlaşdırır. İstanbul və Ankaranın hazırkı bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş kampaniyada fəal iştirak edəcəklər.
Səbinə Kərimova / aktualtv.az










