Mərkəzi Asiya dövlətlərinin liderləri Çin-Mərkəzi Asiya sammitində iştirak etmək üçün Siana gediblər.
Aktualtv.az xəbər verir ki, sammitdə Çin və post sovet ölkələri arasında əlaqələr müzakirə olunacaq. Rəsmi Pekin Qərblə münasibətləri gərgin olduğu üçün Rusiyanın tərəfdaşları ilə əməkdaşlıq etmək niyyətindədir. Moskva öz resurlarını Ukraynadakı müharibəyə yönəltdiyinə görə post sovet ölkələri də başqa investisiya mənbələri axtarır. Samit çərçivəsində
Çin Xalq Respublikasının sədri Sİ Cinpin Qazaxıstan prezdienti Kasım-Jomart Tokayev ilə danışıqlar aparıb.
Qeyd edək ki, Zirvə görüşünün Sian şəhərində keçirilməsi simvolik xarakter daşıyır. Çünki şəhər bir vaxtlar Mərkəzi Asiyadan keçən İpək Yolu üzərində yerləşir.
Səbinə Kərimova / aktualtv.az










