Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər.
Aktualtv.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
Onun sözlərinə görə, Belarusun üzvlük müraciətinə baxılması hələ 1990-cı illərdə Avropa Şurası tərəfindən dondurulub.
“Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, ölkəmiz bu təşkilata qoşulmaq üçün ərizəsini geri götürəcək və Şura ilə münasibətlərin digər formatlarını nəzərdən keçirəcək”, – deyə XİN rəsmisi qeyd edib.
Qlaz həmçinin Avropa Şurasının 16-17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş sammitinin nəticələrini şərh edərkən vurğulayıb ki, “Bu, artıq Belarusun 30 il əvvəl qoşulmağa can atdığı təşkilat deyil”.
Murad Həsənov / aktualtv.az










