İran prezidenti “Taliban“ı təhdid etdi – “Taliban“dan CAVAB – Özəl

“Biz 1351-ci il (miladi 1971-ci il) Hirmənd müqaviləsinə sadiqik, amma Kamal Xanda su yoxdur!”

Aktualtv.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin bəyanatında deyilir. Söhbət İran prezidenti İbrahim Rəisinin təhdidi ilə bağlıdır. Bir müddətdir ki, ölkənin Sistan və Bəlucistan vilayətində su qıtlığı yaşanır. Bu bölgənin su təminatı Əfqanıstan ərazisindəki su bəndləri vasitəsi ilə təmin olunurdu. Su çatışmazlığı İbrahim Rəisini səfərdə olduğu Sistan və Bəlucistandan “Taliban” hökumətini təhdid etməsi ilə nəticələnib.

Xatırladaq ki, İ. Rəisi bildirmişdi: “Bunu ciddi qəbul edin ki, daha sonra prezidentin Əfqanıstan hakimiyyətinə su hüququ ilə bağlı ultimatumundan şikayət etməyəsiniz”.

“Son bir neçə ildəki quraqlıq Hirmandın suyun səviyyəsinin azalmasına səbəb olub. Kəcəki bəndinin qapıları açılsa, havanın istisindən su Kamal Xan bəndinə çatmaz”, – deyə “Taliban”ın cavab bəyanatında qeyd olunub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]