İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin yaxın günlərdə təsdiq olunacağı gözlənilir

“Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağını gözləyirik”.

Aktualtv.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.

“Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb”, – Z.Əliyev vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]