“Məktəbli qızları hədəf alan şübhəli zəhərlənmələr və qadınların hüquqlarından məhrum edilməsi qəbulolunmazdır. Bununla bağlı təcili tədbirlər görülməlidir.”
Aktualtv.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, İranda insan hüquqlarının pozulmasını kəskin şəkildə pislədiyini və Avropa xarici işlər nazirlərinin İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Almaniyanın Xarici siyasət rəhbəri Rusiyaya qarşı sanksiya paketi barədə danışıqların davam etdiyinini də açıqlayıb.
Səbinə Kərimova / aktualtv.az










