“Vaqner qrupunun rəhbərinin xaric ölkələrdən hərbi sursatlar alması və onları Mali vasitəsilə keçirməyə cəhd etdiyinə dair məlumatlar var”.
Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamenti rəsmisi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaqner Qrupu Ukraynada istifadə etmək üçün silah-sursatı Malidən istifadə edərək əldə etmək istəyir.
Hazırda bu faktı təsdiq edən sənədin olmadığını bildirən Metyu Miller, vəziyyəti yaxından izlənildiyini bildirib.
Səbinə Kərimova / aktualtv.az










