“Qərb Gürcüstanın qarşısında ölkəni məhv edəcək tələblər qoyur”.
Aktualtv.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qərbin Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edərkən, bununla da ölkə iqtisadiyyatının faktiki olaraq məhv ola biləcəyini anlamadıqlarını söyləyib.
Qaribaşvili mayın 24-də Qətərdəki İqtisadi Forumda çıxış edərkən Qərbin Gürcüstandan Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulma tələbinin yerinə yetiriləcəyi təqdirdə, bunun ölkənin milli maraqlarına və iqtisadiyyatına zərbə olacağını bildirib.
Qaribaşvili deyib: “Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulsa, bu onun iqtisadiyyatını məhv edər, milli maraqlarına və xalqın maraqlarına zərbə olar”. Qaribaşvili Rusiya ilə Gürcüstan arasında illik ticarət dövriyyəsinin 1 milyard dollara yaxın olduğunu deyib və bu rəqəmin Avropa İttifaqı ölkələrinin Rusiya ilə cəmi bir neçə gün ərzindəki ticarət dövriyyəsinə bərabər göstərici olduğunu xatırladıb.
Qaribaşvili əlavə edib ki, bununla yanaşı Gürcüstan Qərbin tələblərinə uyğun olaraq Rusiyaya qarşı münasibətdə maliyyə sanksiyalarına qoşulub.
Etibar Məmmədov / aktualtv.az