Böyük Britaniyanın müdafiə naziri Kiyevdə – Putinə səsləndi – Özəl

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə qeyri-rəsmi səfər edib.

Aktualtv.az xəbər verir ki, ukraynalı həmkarı Oleksii Reznikov ilə görüşən nazir bildirib ki, ölkəsi Ukraynanı “Storm Shadow” uzaqmənzilli raketləri ilə təmin edir.

Britaniya bu addımı Rusiyanın uzaqmənzilli silahlardan mülki əhalini və infrastrukturu hədəfə almaqda davam etdiyi üçün atır. Uolles Britaniyanın bu yay ukraynalı pilotlara F-16-larda təlim keçəcəyini açıqlayıb.

Britaniyalı nazir Vladimir Putinin müharibəni dayandırmalı olduğunu da açıqlayıb:

“Prezident Putin başa düşməlidir ki, başladığı bu qanunsuz müharibədə qalib gələ bilməz. Eqosundan və imperiya ambisiyasından nə qədər rus əsgərini ölümə göndərsə də, uğur qazana bilməyəcək. Beynəlxalq ictimaiyyət isə bu təcavüzə qarşı daha da güclənərək qarşı çıxacaq. Biz həmişə Ukraynanın yanında olacağıq”.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]