“Rəsmi Ankara ölkə daxilində və sərhədləri boyunca terrorun varlığına son qoymaqda qərarlıdır”.
Aktualtv.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsi Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub.
Nazir eyni zamanda, F-16-ların modernizasiyasına dair ABŞ-dan müsbət addımlar gözlədiklərini də diqqətə çatdırıb.
Murad Həsənov / aktualtv.az










