Günel Mövlud: “Rus dilinin nə günahı var”

"Anamın məni molla məktəbindən alıb, rus dili müəlliminin yanına qoyması, mənim yolumu Nəcəfdən, Kərbəladan Avropaya, Sorbonnaya dəyişdi..."

Əhməd bəy Ağaoğlunun xatirələrindən…

Hələ az qala əsr yarım əvvəl, ziyalılarımız bu dilin sayəsində yetişib, dünya mədəniyyəti, müasir fikri ilə tanış olub, Avropaya çıxa biliblər. Heç kimin tanımadığı bir ərəb şairini də quqla vursaq, ruscaya tərcümə edilmiş 20 dənə şeiri çıxır. İngiliscəyə çıxmaya bilər, amma ruscaya mütləq çıxır. Siz hələ öz dilimizdə normal uşaq kontenti yaradın, normal uşaq ədəbiyyatı yaradın, öz dilimizdə axtarış edəndə normal məlumat tapa bilək, öz dilimizi manısların inhisarından alıb, ziyalılara, elm adamlarına bu dildə televiziyada danışmağa imkan verin, sonra dil təəssübkeşliyi edərik. Ölkənin yarısının fəlsəfəyə, dünya ədəbiyyatına çıxışı ruscadır, ana dili davası edirlər. Tərcümələrə ayrılan pulları yeyənlər, televiziyanı dilkorlama mexanizminə çevirənlər, uşaqlarımızı pedaqoji düzgün yetişdirməyə hesablanmış cizgi filmlərin, verilişlərin büdcəsini kəsib, yeyib, ortaya ən tupoy kontenti çıxaranlardadır günah, rus dilinin nə günahı var. Rus dilini indi məktəblərdən yığışdırmaq bu xalqın uşaqlarına edilmiş ən böyük pislik olardı.

Günel Mövlud 

Yazıçı

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]