Bülbülün anım günüdür

Bu gün Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün anım günüdür.

Bülbül 26 sentyabr 1961-ci ildə vəfat edib. Tam adı belədir: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897 –ci ildə  Şuşada Xanbağında  anadan olub.

Üzeyir Hacıbəyovun  “Koroğlu” operasında Koroğlu partiyasını ifa edib. “Arşın mal alan”da  Əsgər və digər partiyaların mahir ifaçısıdır. Repertuarında “Sənsiz”, “Sevgili canan”, “Ölkəm” , “Süsən sünbül”, “Yaxan düymələ”, “Çal-oyna”, “Segah təsnifləri”, “Xumar oldum” xalq mahnıları və bəstəkar musiqiləri çox sevilir.

Qəbri Bakıda Fəxri Xiyabandadır. Doğulduğu Şuşa şəhəri erməni işğalındadır. Ermənilər Bülbülün heykəlini də güllələyiblər.  

Allah rəhmət eləsin!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]