Çin Pompeonun adını “qara siyahı”ya saldı

Çin ABŞ-ın 28 rəsmisinə qarşı sanksiya tətbiq edib.

AKTUAL TV “TASS”a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirib.

Rəsmi Pekin hesab edir ki, həmin şəxslər Çinin milli suverenliyini ciddi şəkildə pozub.

Siyahıda Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı olmuş Piter Navarro, keçmiş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert OBrayen, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Kelli Kraft və eks prezidentin dövründə Birləşmiş Ştatların dövlət katibi vəzifəsini icra edən Mayk Pompeonun da adı var.

Qeyd edək ki, ötən ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün qınamışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]