İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Humanitar Kollecində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri Giriş sözü ilə açan Bədii Yaradıcılıq Evinin Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı qeyd etdi ki, Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur və 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynadığını nəzərə çatdırmışdır.
Sonra “Vətəndaşların Sosial Rifahi Naminə” İctimai Birliyinin sədri əslən irəvanlı olduğunu deyən İradə Rizazədə bildirdi ki, 1988-ci ildə ermənilərlə azərbaycanlılar arasında başlayan münaqişədən sonra öz doğma ata-baba yurdunu tərk etmişdir. Yerevanda münaqişədən əvvəlki həyat və 1988-ci ildə dəyişən münasibətlərdən danışan İradə xanım o dövrün hadisələrindən söz açaraq geniş məlumat verdi. Tədbirdə Bakıda və Türkiyədə dövlət səviyyəsində təşkil olunmuş foto sərgi haqqında bilgi verən İradə xanım yenidən iştirakçılara foto sərgini nümayiş etdirdi.

Tarix üzrə fəlsəfə doktoru, dövlət mükafatı lauriyatı, prezident kitabxanasının şöbə müdiri Nazim Mustafa tədbir iştirakçılarına bildirdi ki, “XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulmuşdur. Ermənilər, havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımlardan başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına azərbaycanlılara məxsus olan bir torpaqda özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olmuşdur. Ermənilər, silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməklə indi Ermənistan Respublikası adlanan ərazidə öz istəklərini reallaşdırmışlar. Tarixdə ilk erməni dövləti Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır. Tarixi faktlar sübut edir ki, uydurma “Böyük Ermənistan” xülyasına qapılan ermənilər həmişə xarici dövlətlərin, missioner təşkilatlarının əllərində alət olmuşlar”.

Nazim Mustafa daha sonra qeyd etdi ki, “1918-ci il mayın 28-də Azərbaycan ərazisində – keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişdir. Əsl soyqırım – milli və dini mənsubiyyətinə görə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti məhz 1918-1920-ci illərdə Ermənistan Respublikasında həyata keçirilmişdir.”

Filologiya elmləri üzrə fəlsəfə doktoru , dosent Cəlal Allahverdiyev İrəvanda 1920-1950-ci illər dövrünü əhatə edən Azərbaycan ədəbi mühitinin formalaşmasında və inkişafında böyük rol oynamış, milli iradə nümayiş etdirmiş qeyrətli azərbaycanlı ziyalılarının fəaliyyətindən, erməni şovinizmi əhatəsində Azərbaycan türklərinin üz-üzə gəldiyi problemlərdən, anadilli mətbuatın rolundan, maarif və təhsil məsələlərindən, Azərbaycan ədəbiyyatı və teatrından geniş söhbət açmışdır.

Daha sonra Cəlal Allahverdiyev XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olduğunu qeyd etdi. Azərbaycan elm və mədəniyyət tarixinə «İrəvani» təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və incəsənət xadimlərinə rast gəlmək olduğunu bildirdi. Mirzə Qədim İrəvani, Mirzə Məhəmməd İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Fazil İrəvani, Aşub İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqa şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq olunduğunu qeyd etdi.

1918-1920-ci illərdə ermənilərin Qərbi Azərbaycanda (indiki Ermənistan) apardıqları soyqırım siyasəti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nümayəndələri soyqırıma və deportasiyaya məruz qaldıqlarını bildirdi. İrəvan ədəbi mühitinin aparıcı simalarının bir qismi cismani şəkildə qəddarcasına məhv edilmiş, bir qismi isə ölümdən canını qurtarmaq üçün Azərbaycan, Türkiyə, İran, Orta Asiya, Rusiya və digər ölkələrə üz tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov çıxış edərək İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunlar yetişdirməsində böyük rolu olduğundan danışdı. Eyni zamanda görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən söhbət açdı. O, həmçinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq və gənclərin iştirakı ilə görüşün təşkil edildiyini qeyd etdi. Bu görüşün onların elmi-pedaqoji biliyinin artmasına və gənc nəslin vətənpərvər ruhda böyüməsinə böyük təsir etdiyini vurğuladı. Sonda gəncləri tariximizi yaxından öyrənilməsini və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin unudulmamasını tövsiyyə etdi. Tədbirdə Bədii Yaradıcılıq Evinin direktor müavini Sevinc xanım Əbilhəsənova, metodistlərdən Günel Məmmədova,Hicran Kərimova, Kollecin müəllim və tələbə kollektivi iştirak edirdi.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]