Ukrayna prezidenti postunu kim tutacaq?

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada prezident seçkiləri keçirilsə, o zaman hazırkı dövlət başçısı Volodimir Zelenski yox, hərbçilərdən kimsə qalib gələcək.

O, bu barədə ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.

Ukraynada prezident seçkilərində kimin qalib gələ biləcəyinə misal olaraq o, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovu göstərib.

Lukaşenko vurğulayıb ki, hərbçilərdən biri prezident olacaq. O, iddia edir ki, “bir çox insanlar hələ indi-indi Zelenskini real qiymətləndirməyə başlayır”.

Bundan əvvəl Lukaşenko daha bir “uzaqgörən və müdhiş proqnoz” verərək deyib ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində  Vladimir Putinin seçiləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]