Qarabağda 8 peşə liseyi tikiləcək

Növbəti ildə Bakı Dövlət Peşə Liseyinin yeni korpusu tikiləcək. Bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, Qarabağda ümumilikdə 8 peşə liseyi tikiləcək: “Hazırda Füzulidə peşə liseyinin təməli qurulub. Yanaşma ondan ibarətdir ki, Azərbaycanl əhatə edək. Peşə təhsili iqtisadiyyata xidmət edir. Müəssisə tikilərkən ilk növbədə həmin regionun iqtisadi ehtiyacları nəzərə alınır. Tikinti zamanı yataqxana nəzər alınır.Yeni tikililərin hər birində yataqxanaların olması planlaşdırılır”. Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]