Azərbaycan bankları keçən il nə qədər mənfəət əldə edib? – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 23 bank ötən illə bağlı hesabatlarını açıqlayıb.

Bankların, demək olar ki, hamısı mənfəət əldə etdiyini bildirib.

Bank sektorunun 2023-cü ildə xalis mənfəəti 1 milyard 84.2 milyon manat olub. 2022-ci ildə bankların 914.5 milyon manat xalis mənfəət əldə edib. Beləliklə, bankların 2023-cü ildə xalis mənfəətin həcmi əvvəlki illə müqayisədə 18.5% çox olub.

Qeyd edək ki, banklar arasında ən böyük xalis mənfəət əldə edən ABB-dir. Ötən il sözügedən bank 322.27 milyon manatlıq xalis mənfəət əldə edib. Bu, ümumi bank sektorunun 30%-ni təşkil edib.

İkinci sırada “Kapital Bank” ASC gəlir. Bank 2023-cü ildə 242.2 milyon manat xalis mənfəət qazanıb ki, bu da ümumi sektorun 22%-dən çoxu deməkdir.

Bank sektorundakı xalis mənfəətin 856 milyon 11 min manatı və ya 78,6%-i ən böyük 5 bankın, 989 milyon 41 min manatı və ya 91%-i 10 ən böyük bankın payına düşüb.

Ötən il 2 bank əməliyyat mənfəəti əldə etsələr də, onlardan biri “gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc” ilə, digəri isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara böyük məbləğdə vəsait ayırması ilə əlaqədar olaraq xalis zərər açıqlayıblar.

Beləliklə, bankların ötən ilki gəlirləri aşağıdakı kimi olub:

1. ABB – 322 269 970

2. Kapital Bank – 242 209 000

3. PAŞA Bank – 199 209 000

4. Xalq Bank – 52 070 290

5. Bank Respublika – 40 253 273

6. AccessBank – 39 838 000

7. Unibank – 32 931 000

8. Bank of Baku – 25 458 640

9. Yelo Bank – 20 761 470

10. Azər Türk Bank – 14 041 000

11. Naxçıvanbank – 13 129 970

12. Rabitəbank – 13 061 450

13. Expressbank – 12 015 010

14. Yapı Kredi Bank Azərbaycan – 12 002 260

15. Bank VTB Azərbaycan – 10 608 000

16. Ziraat Bank Azərbaycan – 8 512 600

17. AFB Bank – 7 652 490

18. Premium Bank – 7 453 000

19. Bank Avrasiya – 6 621 820

20. Azərbaycan Sənaye Bankı – 5 119 200

21. Bank Melli Iran. Bakı filialı – 3 871 287

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]