ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya üçün yeni son tarixin 10-12 gün olacağını bildirib.

Bu barədə ABŞ Prezidenti Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib.

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni müddət təyin edəcəyəm. Gözləmək üçün heç bir səbəb yoxdur. Biz sadəcə heç bir irəliləyiş görmürük”, – D.Tramp bildirib.

Bu gün Britaniyanın Baş naziri ilə danışıqların başlamazdan əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putindən çox məyus olduğunu bildirmiş və Ukrayna ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]