General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir.

Bunu general-mayor Namiq Bayramov HHQ-nin Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimində deyib.

Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bu cür kursların Azərbaycan Ordusunun döyüş qüdrətinin artırılması və peşəkar zabit kadrları ilə komplektləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrinin gündən-günə gücləndiyi vurğulanıb.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]