İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN


Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]