Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təşkil edilən tədbir çərçivəsində 20-yə yaxın şəhid övladı “Dreamland Baku” ərazisində yerləşən “Dream Trampoline” əyləncə mərkəzində vaxt keçiriblər.

Onlar batutlarda tullanıb, müxtəlif oyun zonalarından yararlanıb, həmyaşıdları ilə birlikdə vaxt keçirərək xoş anlar yaşayıblar.

Tədbir şəhid övladlarının sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyət imkanlarının genişlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]