İran Ermənistana xəbərdarlıq edib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.

Ermənistan parlamentində “Tramp marşrutu”nun (TRIPP) təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin ratifikasiyasını nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.

O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.

İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti çərçivəsində İran İslam Respublikasının keçmiş Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərini xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində “qırmızı xət”lərdən biri olduğunu vurğulayıb.

Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.

“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, – İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.

Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]