Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Misli Premyer Liqasında XII turun növbəti görüşləri bu gün keçiriləcək.

İkinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Tovuz təmsilçisi 21 xalla üçüncü, ev sahibləri 14 xalla yeddinci pillədə qərarlaşıb.

Günün ikinci duelində “Şəfa” “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Qonaqlar 8 xalla 10-cu sıradadır. “Şəfa” isə 5 xalla 11-ci yerdədir.

Misli Premyer Liqası

II dövrə

XII tur

21 noyabr (şənbə)

14:30. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov

VAR: Nicat İsmayıllı

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı şəhər stadionu

17:00. “Şəfa” – “Qəbələ”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu

VAR: İnqilab Məmmədov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Namiq Əliyev

“SOCAR Polymer Arena”

Xatırladaq ki, XII turun ilk oyun günündə “İmişli” “Zirə” ilə heç-heçə (2:2) edib. “Sabah” isə səfərdə “Sumqayıt”a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]