Rusiya MN Belqoroddakı hadisəni terror aktı adlandırdı

Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasını terror aktı adlandırıb.

Bu barədə məlumatı Rusiya MN yayıb. 

“Kiyev İl-76 təyyarəsini vuraraq terror aktı törədib. Ukrayna Silahlı Qüvvələri təyyarəni Xarkov vilayətindən zenit-raket kompleksinin köməkliyi ilə vurublar. Rusiya Hərbi Kosmik Qüvvələrini radiolokasiya vasitələri tərəfindən iki Ukrayna raketinin buraxılması qeydə alınıb”, – deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, bu gün Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Ukrayna Müdafiə Nazirliyi hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]