Fransa Natəvanın heykəlini girov saxlayır? – Nota cavabsız qalıb

  Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir. Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir.  Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb.  Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.(“Qafqazinfo”)  

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]