Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində keçirilən görüşlər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.

Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığın genişlənməsində müsbət fakt olaraq qeyd edib, “Birliyin Gücü – 2026” birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə general-polkovnik Z.Həsənova dərin minnətdarlığını bildirib.

Tərəflər iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.

Sonda Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]